Bu gün Azərbaycanın dəmir yollarında sürücülərin diqqətsizliyinin nəticəsi olaraq 2 qəza baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Zaqatala stansiyasında teplovoz dəmiryol keçidində hərəkət edərkən “Qazel” markalı yük avtomobili qəfil dəmir yoluna çıxaraq toqquşmaya səbəb olub.
Digər hadisə isə Salyan rayonu ərazisində baş verib. "Kia" markalı avtomobil dəmiryol keçidinə yaxınlaşarkən yol nişanlarını nəzərə almadan sürətini azaltmayıb və hərəkətdə olan teplovozla toqquşub.
Hər iki hadisə nəticəsində xəsarət alan olmayıb.
"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib.
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto
- 30 mindən çox abituriyent imtahana gəlmədi
- Ağ Evdəki görüş başa çatdı - Yenilənib-Video
- Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video
- 17 nəfər maksimal bal topladı - DİM
- Bu xanıma yüksək vəzifə verildi - Foto
- Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlandı