Çexiya vətəndaşı AB missiyasının əməkdaşı olub? - Ritter

17:32 - 21 Fevral 2024 - GÜNDƏM

 Çexiya vətəndaşı AB missiyasının əməkdaşı olub? - Ritter

Avropa Birliyinin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Azərbaycanla sərhəddə saxlanılan Çexiya vətəndaşının missiyanın əməkdaşı olmadığını bildirib.

BUTA.TV xəbər verir ki, Ritter bu barədə erməni mediasına açıqlamasında deyib.

Xatırladaq ki, fevralın 3-də Ermənistandan sərhədi qanunsuz keçən Çexiya vətəndaşı Azərbaycanda saxlanılıb. o, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.

Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşının Ermənistandan Azərbaycana keçməyə cəhd edərkən saxlanıldığını təsdiqləyib.

Bu xəbər hal-hazırda çox oxunur
Nazirlik bu universiteti cərimələdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol