Monqolustan lideri İlham Əliyevə məktub ünvanladı

18:32 - 21 Fevral 2024 - GÜNDƏM

 Monqolustan lideri İlham Əliyevə məktub ünvanladı

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

BUTA.TV xəbər verir ki, məktubda qeyd olunur:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mən çox məmnunam ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edir.

Bu xəbər hal-hazırda çox oxunur
Nazirlik bu universiteti cərimələdi

Yüksək səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın dərinləşməsində mühüm rol oynayır. Buna görə də inanıram ki, Zati-alinizə ünvanladığım dəvətimi qəbul edəcək və Sizə uyğun zamanda Monqolustana səfər edəcəksiniz.

Zati-aliləri cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah arzu edirəm”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol