Rusiya Mərkəzi Bankı fevralın 21-də "Qiwi Bank"ın lisenziyasını ləğv etdikdən sonra “Kontakt” ödəniş sistemi, o cümlədən Azərbaycan bankları vasitəsilə əməliyyatlarını dayandırıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə sistemin operatoru olan "Qiwi Bank”ın saytında bildirilir.
Rusiya Mərkəzi Bankının məlumatına görə, “Qiwi Bank”ın kölgə əməliyyatları apardığı üçün lisenziyası ləğv edilib:
"Bank fiziki şəxslərlə kölgə biznesləri arasında, o cümlədən kriptovalyutaların, onlayn kazinoların və bukmekerlərin xeyrinə hesablaşmalar həyata keçirib".
Həmçinin, bu gün səhər saatlarında “Qiwi” pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanmağa başlanılıb.
Bankın saytında xidmətin müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.
Qeyd edək ki, “Kontakt” ödəniş sistemi bütün Rusiyada, yaxın və uzaq xaricdə pul köçürmələrinin qəbulu və verilməsi üçün 760 mindən çox məntəqəyə malikdir.
Son bir ildə Rusiya Mərkəzi Bankı “Qiwi Bank”a qarşı 5 dəfə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. O cümlədən, iki dəfə müəyyən əməliyyatları məhdudlaşdırılıb. Lisenziya ləğv edildikdən sonra tənzimləyici cinayət əlamətləri olan bank əməliyyatları haqqında məlumatları hüquq-mühafizə orqanlarına göndərəcək.
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto
- 30 mindən çox abituriyent imtahana gəlmədi
- Ağ Evdəki görüş başa çatdı - Yenilənib-Video
- Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video
- 17 nəfər maksimal bal topladı - DİM
- Bu xanıma yüksək vəzifə verildi - Foto