Paris regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri təşviq etməyə davam edəcək.
BUTA.TV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib. Makron qeyd edib ki, İrəvan ərazi bütövlüyü, demokratik yol və sülh istəyi məsələsində Parisin köməyinə ümid edə bilər.
Fransa prezidentinin fikrincə, Zəngəzurdakı insident (Zəngilan rayonu istiqamətində ermənil hərbçilərin atəş açması – red.) eskalasiya təhlükəsinin hələ də qaldığını göstərir.
Makron fevralın 12-də Azərbaycan əsgərinin yaralanmasından təəssüfləndiyini bildirib.
Eyni zamanda fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin Nerkin-Hand kəndi yaxınlığındakı erməni mövqelərinə endirdiyi zərbəni qeyri-mütənasib adlandırıb:
“Fransa həmçinin Azərbaycanın qeyri-mütənasib cavabından da təəssüflənir və nəticədə Ermənistan tərəfdən 4 ölü və 1 yaralı var".
Onun fikrincə, regionda sülhə, beynəlxalq hüquqa, suverenliyə, sərhədlərin toxunulmazlığına və ölkələrin ərazi bütövlüyünə hörmət etməklə nail olmaq olar.
Makron xatırladıb ki, Praqa görüşündə Paşinyan Almatı bəyannaməsinə sadiqliyini də bildirib:
"Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və xəritələri ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırması lazımdır ki, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı vicdanlı iş aparılsın. Bu, öz növbəsində, hər iki tərəfdən qoşunların çıxarılması üçün əsas olacaq”.
- Müharibə olsa, ermənilərin 22%-i xaricə qaçacaq - Sorğu
- Gədəbəydə mərkəzi stadionu şumlayıblar? - Açıqlama
- Türkiyə yerləşdiyi coğrafiyanın sahibidir - Ərdoğan
- Zəngəzuru açmaq haqda kim düşünürsə... - Müvəhhedian
- İlham Əliyev Antaylada mühüm tədbirdə iştirak edir
- Köçəryan kombinatda dəzgahları yağlayırdı… - Xankəndi sakini
- Pezeşkianın Bakıya səfərində bu saziş imzalanacaq
- Ərsin Tatar Azərbaycana gəlir