Dövlət Komitəsi məsələ ilə bağlı dərhal qızın anası ilə əlaqə saxlayıb. Hazırda heç bir problem yoxdur. Komitə məsələni nəzarətdə saxlayacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Məmmədov Bakıda ananın 16 yaşlı qızını evdən qovması məsələsinə aydınlıq gətirərkən deyib.
“Ana həmin qəsəbədə yaşayır. Həyat yoldaşından boşanıb. Qızın təhsil aldığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbinin direktoru ilə əlaqə saxladıq. Uşağın anası dərhal məktəbə dəvət edilib. Hazırda qız anası ilə birlikdə yaşayır və təhsilini davam etdirir”, - Məmmədov bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızı anasının evdən qovması və müxtəlif ünvanlarda gecələməli olduğu barədə məlumatlar yayılmışdı.
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto
- 30 mindən çox abituriyent imtahana gəlmədi
- Ağ Evdəki görüş başa çatdı - Yenilənib-Video
- Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video
- 17 nəfər maksimal bal topladı - DİM
- Bu xanıma yüksək vəzifə verildi - Foto
- Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlandı