İrəvan yenə həmin xəritəni gündəmə gətirdi

01:22 - 22 Fevral 2024 - GÜNDƏM

 İrəvan yenə həmin xəritəni gündəmə gətirdi

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası SSRİ-nin son dövrünün xəritələrinə əsaslanmalıdır.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, Almatı Bəyannaməsinə görə, SSRİ-nin süqutu zamanı mövcud olan inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınmalıdır:

“Bu, o deməkdir ki, Ermənistanla Azərbaycan arasında Almatı Bəyannaməsinə uyğun beynəlxalq sərhəd mövcud olmalıdır. SSRİ dövründəki ən son xəritələrə əsaslanaraq onun bərpasına ehtiyac duyulur. Bununla bağlı Azərbaycanla razılığa gəlmək istəyirik. Əminik ki, bu, qanuni yanaşmadır, heç bir beynəlxalq prinsipləri pozmur və münasibətlərin normallaşmasına uyğundur. Müzakirələr davam edir və mən əminəm ki, biz son nəticədə razılığa gələcəyik”, – Qriqoryan vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Nazirlik bu universiteti cərimələdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol