Makron ermənicə yazdı

01:58 - 22 Fevral 2024 - GÜNDƏM

 Makron ermənicə yazdı

Fransa Prezidenti Emmanuel Makron öz Feysbuk səhifəsində erməni dilində mesaj yerləşdirib.

BUTA.TV xəbər verir ki, o, Fransanın Ermənistanı dəstəklədiyini ifadə edib.

“Fransa Misak və Meline Manuçyanı şərəfləndirdiyi, ermənilərin fransız millətinə, Müqavimət ruhuna, azadlıq mübarizəsinə verdiyi töhfəni tanıdığı bu gündə sizin varlığınız bizim üçün önəmlidir.

Mən sizə Fransanın dəstəyini bir daha ifadə edirəm”, - Makron yazıb.

Bu xəbər hal-hazırda çox oxunur
Nazirlik bu universiteti cərimələdi

Qeyd edək ki, Fransa Müqavimətinin erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinenin Parisdə Panteonda yenidən dəfn mərasimi keçirilib. Ermənistan Baş naziri Paşinyan da makronla bərabər bu mərasimdə iştirak edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol