Xerson vilayətində rus hərbçilərinin olduğu poliqon Ukrayna ordusu tərəfindən vurulub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumatı Ukrayna Cənub Könüllü Ordusunun spikeri Sergey Bratçuk da təsdiqləyib. Onun sözlərinə görə, zərbədən əvvəl Rusiyanın “Dnepr” ordu qruplaşmasının komandirləri yoxlama aparmaq üçün əraziyə gəliblər.
Teleqram kanalları isə yazır ki, zərbə Xerson vilayətindəki Podo-Kalinovka poliqonuna endirilib. Poliqonda Krınkiyə hücuma hazırlaşan 328-ci desant-hücum alayı, 810-cu əlahiddə dəniz piyadaları qvardiya briqadası və 81-ci özüyeriyən artilleriya alayının hərbçiləri olub. Komandir heyəti ilə birlikdə 60-dan çox hərbçinin məhv edildiyi bildirilib.
Qeyd edək ki, Ukrayna ordusu ötən gün Donetsk vilayətinin işğal altında olan Trudovsk kəndi yaxınlığında rusların hərbi poliqonuna zərbələr endirmişdi, nəticədə 65 hərbçi ölmüşdü.
- “Əlaçı” Samir bu dəfə də 9 bal üçün gecəsini gündüzünə qatdı - Foto
- 30 mindən çox abituriyent imtahana gəlmədi
- Ağ Evdəki görüş başa çatdı - Yenilənib-Video
- Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video
- 17 nəfər maksimal bal topladı - DİM
- Bu xanıma yüksək vəzifə verildi - Foto
- Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlandı
- Hasil Abbasov onu vəzifəsindən azad etdi