Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin növbəti görüşündə sərhədlərin delimitasiyası üçün topoqrafik xəritələrin əlaqələndirilməsinə xüsusi diqqət yetiriləcək.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryan jurnalistlərə açıqlamasında deyib.
“Söhbət yalnız peşəkar topoqrafik xəritələrdən getməlidir. Çox vaxt insanlar sxematik və metodoloji xəritələri topoqrafik xəritələrlə qarışdırırlar. Delimitasiya prosesi, eyni zamanda, təkcə xəritələrlə işləməyi nəzərdə tutmur: ilk növbədə, bu və ya digər xəritənin tərtib olunduğu hüquqi baza və dəstəyi müəyyən etmək lazımdır. Azərbaycanla danışıqlar prosesində bütün bu nüanslar çox vacibdir”, - Qriqoryan bildirib.
- AİB-in dəstəyi ilə layihəyə start verildi
- Əli Kərimli ilə bağlı qərar verildi
- Bu nazir Bakıdan İrəvana getdi
- Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı
- Putin Hindistandan nə istəyir? - Ekspert
- Türkiyənin müdafiə ixracatı 5 ildə bu cür artıb
- İlham Əliyev Tailand kralını təbrik etdi
- Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək