Xırdalanda mənzildə partlayış olub, 1 nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onikimərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 72 m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində kombi aparatında yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində partlayış dalğasınım təsirindən eyvanın pəncərə çərçivəsi yerindən çıxaraq asılı vəziyyətdə qalıb, şüşələr qırılıb, 1 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
- AİB-in dəstəyi ilə layihəyə start verildi
- Əli Kərimli ilə bağlı qərar verildi
- Bu nazir Bakıdan İrəvana getdi
- Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı
- Putin Hindistandan nə istəyir? - Ekspert
- Türkiyənin müdafiə ixracatı 5 ildə bu cür artıb
- İlham Əliyev Tailand kralını təbrik etdi
- Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək