Restorandakı yanğında xəsarət alan varmı?

21:06 - 22 Fevral 2024 - GÜNDƏM

 Restorandakı yanğında xəsarət alan varmı?

22.02.2024-cü il tarixdə saat 19:19 radələrində İzmir küçəsində baş verən yanğın səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə BUTA.TV-a TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. Hadisə ilə bağlı xəsarət halı və təcili yardım briqadasına müraciət qeydə alınmayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu xəbər hal-hazırda çox oxunur
Nazirlik bu universiteti cərimələdi

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol