Ermənistan XİN-i İsrailin Ermənistandakı səfiri Yoel Lyonun yanvarın 1-də nasist əməkdaşı Qaregin Njde haqqında səsləndirdiyi fikirləri indi şərh edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Milli və ya dini zəmində dözümsüzlükdən irəli gələn istənilən hərəkət, habelə bu mövzuda spekulyasiya – istər siyasi, istər təbliğat, istərsə də digər məqsədlər üçün qəbuledilməzdir. Eyni zamanda, Ermənistanda akkreditə olunmuş xarici diplomatlar qəbul edən ölkənin hökumətinə və xalqına aidiyyəti olmayan bu cür təxribatlara hörmətlə yanaşmalı və cavab verməməlidirlər”, - məlumatda deyilir.
Qeyd edək ki, Njdenin ad günündə bir qrup insan onun abidəsi önündə nasist simvollarından istifadə edərək mitinq keçirib. Bundan sonra İsrailin Ermənistandakı səfiri Yoel Lyon X sosial şəbəkəsində bildirib ki, nasistlərlə əməkdaşlıq edən Njdenin tərənnümü qəbuledilməzdir və hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır.
- Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlandı
- Hasil Abbasov onu vəzifəsindən azad etdi
- Ağdam, Füzuli və Cəbrayılda yanğınlar başladı
- Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
- 913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı
- Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirilib? - Video
- Bayramov daha bir xəstəxana direktorunu yola salır - Foto
- Bu şəxslərin maaşı artırılacaq