Xalq artistinin vəsiyyəti şok etdi

14:12 - 23 Fevral 2024 - GÜNDƏM

 Xalq artistinin vəsiyyəti şok etdi

Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın xalq artisti Leyla Şərifovanın cənazəsinin yandırılması ilə bağlı məlumat yayılıb.

Kult.az xəbər verir ki, ailənin yaxın dostu Əmirəli Qızıllı Moderator.az-a açıqlamasında Leyla Şərifovanın vəsiyyətinin yerinə yetiriləcəyini bildirib.

“Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. Dünən nəvəsi Əmir ilə danışdım. Nəvəsi mənə dedi ki, “nənəm vəsiyyət edib ki, məni yandırıb, külümü dənizə səpərsiniz”. Nəvəsi dedi ki, onun vəsiyyətini yerinə yetirəcəyik. Azərbaycanda buna reaksiyaların necə olacağını isə artıq bilmirəm”, - o deyib.

Qeyd edək ki, sənətkarın atası türkiyəli, anası isə azərbaycanlı olub. Leyla Şərifova Bakıda doğulub və bakılı olmasını hər zaman müsahibələrində bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Nazirlik bu universiteti cərimələdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol