Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən “Azərbaycan müharibəyə hazırlaşır” kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhdə bildirilib.
"Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, - məlumatda deyilir.
- Əli Kərimli ilə bağlı qərar verildi
- Bu nazir Bakıdan İrəvana getdi
- Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı
- Putin Hindistandan nə istəyir? - Ekspert
- Türkiyənin müdafiə ixracatı 5 ildə bu cür artıb
- İlham Əliyev Tailand kralını təbrik etdi
- Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək
- Fazil Mustafa Suada qahmar çıxdı - “Məhsəti” müzakirəsi