Nikol mövqe seçdi: Fransız silahı, Zelenskinin səfəri

22:10 - 24 Fevral 2024 - GÜNDƏM

 Nikol mövqe seçdi: Fransız silahı, Zelenskinin səfəri

Zelenskinin səfəri haqda xəbər Nikol Paşinyanın son müsahibəsi ilə sıx bağlıdır və bu müsahibə zamanı Paşinyan Ermənistanın KTMT ilə münasibətlərini dondurduğunu bəyan edib.

BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan erməni mediasına açıqlamasında 4 martda Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfər edəcəyi haqda mediada yayılan məlumatı şərh edərkən deyib.

O bildirib ki, Zelenskinin səfəri barədə məlumat Paşinyanın Paris səfərindən sonra səslənib:

“Düşünürəm ki, Fransa silahlarının Ermənistana tədarükü ilə bağlı açıqlama Ermənistanın hansı düşərgədə olduğuna aydın şəkildə qərar verməsi ilə bağlıdır. Silah siyasətdir, texnologiyadır. Əslində, bu iki hadisənin - Zelenskinin səfəri və silah tədarükü ilə bağlı açıqlamaların eyni vaxtda olması təsadüf deyil.

Bu xəbər hal-hazırda çox oxunur
Cavanşir Məmmədov vəfat etdi

Paşinyan paralel olaraq, KTMT ilə münasibətləri dondurduğunu da açıqlayıb. Təbii ki, hüquqi baxımdan belə bir ifadə yoxdur. Həmin bəyanat manipulyasiyadır, lakin manipulyasiyanın mənası belə idi: biz KTMT-dən çıxmırıq, amma Qərb üçün bəyanatlar veririk”.

Politoloq bildirib ki, bu, Qərbdən sifariş edilən bir aksiyadır:

“Nikol Paşinyan Ermənistanın bütün siyasətini alt-üst edib. Onun hərəkətləri nəticəsində Ermənistan çətin vəziyyətə düşüb. Onun əməlləri nəticəsində minlərlə itki və itkilər verdik. Bundan sonra onun əməllərindən danışmaq belə mənasızdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol