Putinin Krımdakı mövqeyini zəifdir və Qərbin Ukraynaya lazımi silahlarla dəstək verməyə davam edəcəyi təqdirdə yarımadanın geri qaytarılması tamamilə realdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson "Avropian Pravda"ya (“European Pravda”) müsahibəsində deyib.
"Görünür, hamı Putinin Krımdan heç vaxt imtina etməyəcəyini düşünürdü. Ona görə də fikirləşdik ki: gəlin Ukraynaya quru körpüsünü geri qaytarmağa kömək etməyə çalışaq. Amma indi Krımın qaytarılması realdır! Putinin Krımdakı mövqeyi zəifdir.
Əgər infrastruktura, logistikaya nəzər salsanız, Ukrayna Silahlı Qüvvələri üçün böyük imkanlar var. Həqiqətən də insanların Krım haqqında düşüncə tərzində dəyişiklik olub", - o bildirib.
- Sabah 40 dərəcə isti olacaq
- Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat...
- Kanalda batan 33 yaşlı şəxsin meyiti tapıldı - Foto
- Bu ərazilərdə 3 gün su olmayacaq
- Bakıda ağır qəza: ölən var
- Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı