Fevralın 26-sı saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə arabir qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şəkidə 6 sm, Yardımlı, Qrızda 4 sm, Lerik, Şahdağda 3 sm, Oğuzda 2 sm, Qəbələ, Gədəbəydə 1 sm olub.
Düşən yağıntının miqdarı Oğuz, Şəki, Qəbələ, Altıağac, Qrız, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Yardımlı, Lerik, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, İsmayıllı, Balakən, Zaqatala, Şamaxı, Quba, Xaltanda 2 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 5-10, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 7-12, yüksək dağlıq ərazilərdə isə 18 dərəcəyədək şaxta olub.
- Sabah 40 dərəcə isti olacaq
- Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat...
- Kanalda batan 33 yaşlı şəxsin meyiti tapıldı - Foto
- Bu ərazilərdə 3 gün su olmayacaq
- Bakıda ağır qəza: ölən var
- Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı