Almaniyada yerli "Bayer" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub.
BUTA.TV xəbər verir ki, biletlər fevralın 27-də, yerli vaxtla saat 12:00-da onlayn qaydada və "Bay Arena"dakı fan-şopda satışa çıxarılacaq. İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcəklər. Qiymətlər 8-50 avro aralığındadır.
Qeyd edək ki, martın 14-də reallaşacaq "Bayer "-"Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video