Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfər etməsinin, düşünürəm, o qədər də problemli tərəfi yoxdur.
Bu sözləri BUTA.TV-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
“Burada əsas məqsəd Rusiyaya mesaj verməkdir. Zelenski Rusiyayanın müttəfiqi olan Ermənistana səfər edə biləcəyini göstərməklə, hətta onun hərbi müttəfiqlərinin də bu müharibədə Rusiyanı dəstəkləmədiyini nümayiş etdirmək istəyir. Ermənistanın buradakı xeyrini demək isə çətindir. Bəlkə də İrəvan işarə edir ki, o, qərbyönümlü siyasət yürüdür”, - T.Zülfüqarov bildirib.
Qeyd edək ki, Ermənistan mətbuatı Zelenskinin martın 4-də İrəvana səfər edəcəyi haqda məlumat yayıb.
- Sabah 40 dərəcə isti olacaq
- Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat...
- Kanalda batan 33 yaşlı şəxsin meyiti tapıldı - Foto
- Bu ərazilərdə 3 gün su olmayacaq
- Bakıda ağır qəza: ölən var
- Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı