Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistana gəlmək qərarı versə, o zaman biz onu qəbul etməli olacağıq. Bizim problemimiz nədir? Bizə Rusiyanın necə reaksiya verəcəyi maraqlı deyil, bu, öz işimizdir.
BUTA.TV xəbər verir ki, bu sözləri hakim “Mülki müqavilə” partiyasının deputatı Qagik Melkonyan erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, biz öz dövlətimizin mənafeyində maraqlıyıq.
Jurnalistlərin Ermənistanın sonda KTMT-ni tərk edib-etməyəcəyi sualına Melkonyan belə cavab verib:
“Hər şey öz vaxtında. Zamanı gələndə hər şeyi edəcəyik. “Dondurmaq” (Nikol Paşinyan “Frans 24” kanalına müsahibəsində Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu demişdi – red.) o deməkdir ki, biz bir ildən artıqdır ki, KTMT-nin heç bir iclasında iştirak etmirik”.
Qeyd edək ki, Vladimir Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda məlumat yayılıb. Ermənistan Xİn bu məlumatı təkzib etməyib.
- Sabah 40 dərəcə isti olacaq
- Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat...
- Kanalda batan 33 yaşlı şəxsin meyiti tapıldı - Foto
- Bu ərazilərdə 3 gün su olmayacaq
- Bakıda ağır qəza: ölən var
- Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı