Azərbaycanlı idmançı Rusiyada saxlanılan zaman bizə məlumat verildi, sorğu göndərildi.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Vahe Qazaryan jurnalistlərə açıqlamasında deyib.
Erməni nazir azərbaycanlı idmançı Kamil Zeynallının Rusiyada İrəvanın tələbi ilə saxlanılması, daha sonra azad edilməsinə münasibət bildirib:
“Prosedur belədir, Ermənistanın axtarışa verdiyi şəxs saxlanılanda bizə sorğu göndərilir, məlumat verilir. Biz də həmin şəxsi axtarışa verib-vermədiyimizi rəsmi şəkildə bildiririk. Azərbaycanlı idmançı saxlanılanda Rusiya bizə sorğu göndərdi, biz də elə həmin gün cavabladıq. Həmçinin axtarışa verdiyimiz başqa şəxslər də var ki, onları həbs edib, sonra azadlığa buraxıblar. Rusiya buna da cavab verməlidir”.
- Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat...
- Kanalda batan 33 yaşlı şəxsin meyiti tapıldı - Foto
- Bu ərazilərdə 3 gün su olmayacaq
- Bakıda ağır qəza: ölən var
- Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
- Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək