“Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin ABŞ müdafiə naziri Lloyd Ostini meymuna bənzədib.
BUTA.TV xəbər verir ki, Roqozin X səhifəsində birində qorilla ilə birlikdə şəkil çəkdirən piqmeylərin, digərində isə Ostin, Ukrayna Prezidenti Vladimir Zelenski və müdafiə naziri Rüstəm Umerovun yer aldığı iki foto paylaşıb.
“ABŞ müdafiə naziri Lloyd Ostin xəstəliyinə qədər piqmeylərlə şəkil çəkdirməyi çox sevirdi”.
Daha sonra Vkontakte səhifəsində Roqozin yazıb ki, ABŞ müdafiə nazirini piqmeylərə bənzətməyib:
“Bəzi beynəlmiləlçi vətəndaşlar mənim ABŞ-ın müdafiə nazirini niyə meymun adlandırdığımdan çox üzüldülər. Belə ki, heç bir şübhə olmasın. Ostin, Bayden, Şolts və Rusiyanın digər düşmənləri çirkli quldur meymunlardır. Hərbi canilərdir”.
- Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat...
- Kanalda batan 33 yaşlı şəxsin meyiti tapıldı - Foto
- Bu ərazilərdə 3 gün su olmayacaq
- Bakıda ağır qəza: ölən var
- Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
- Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək