Zelenskinin prezidentliyi dövründə Kiyevdə "Qarabağ Azərbaycandır" sözləri olan bannerlər asılmışdı. O, ərazi bütövlüyünün bərpası münasibətilə Əliyevi təbrik edib.
BUTA.TV xəbər verir ki, bu sözləri müxalif “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana səfərini şərh edərkən deyib.
“Zelenski Ermənistana risk və təhlükədən başqa heç nə gətirməyəcək. Onun səfəri Ermənistana heç nə verməyəcək, boş yerə hansısa ölkə ilə münasibətləri gərginləşdirməyin nə mənası var? O günə qalmışıq ki, ümidimiz Zelenskiyədir? Onun Ermənistana niyə gəlməsinin məntiqli izahı yoxdur. Düşünürəm ki, onun ölkəsində daha ciddi işləri var. Mən bir şeyi bilirəm ki, ərazi bütövlüyünü bərpa etdiyinə görə Əliyevi təbrik edən şəxs Ermənistana girməməlidir”.
- Sabah 40 dərəcə isti olacaq
- Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat...
- Kanalda batan 33 yaşlı şəxsin meyiti tapıldı - Foto
- Bu ərazilərdə 3 gün su olmayacaq
- Bakıda ağır qəza: ölən var
- Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı