Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsi və hərtərəfli bərqərar edilməsi, həmçinin uşaqların mənafelərinin qorunması istiqamətində kompleks tədbirlər görülür.
BUTA.TV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fevralın 24-də Kəngərli rayonunun Xok kənd sakini 2008-ci il təvəllüdlü Xatirə Məmməd qızı Məmmədovanın (ad şərtidir) Xok kənd sakini 2002-ci il təvəllüdlü Həsən Hüseyn oğlu Həsənov (ad şərtidir) tərəfindən qaçırılması barədə məlumat əldə edib.
Komitə tərəfindən məsələyə dərhal reaksiya verilərək qanunamüvafiq araşdırılması və Xatirə Məmmədovanın (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaşları ilə birgə tədbirlər görülüb, müvafiq ünvana baxış keçirilib, hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Xatirə Məmməd qızı Məmmədova (ad şərtidir) ailəsinin yanına qaytarılıb.
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
- Bu komissiyada TƏBİB-i Anar Bayramov təmsil etməyəcək
- Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
- TƏBİB-in İcraçı direktoru bu komissiyadan çıxarıldı
- Bakıda külək zəifləyir - Faktiki hava
- Bakıda güclü külək: 48 ağac aşdı
- “Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi