Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Vəkilağa Əhmədağa oğlu Əbişov “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Nəticədə sürücü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
- Bu ərazilərdə 3 gün su olmayacaq
- Bakıda ağır qəza: ölən var
- Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
- Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
- TƏBİB-in İcraçı direktoru bu komissiyadan çıxarıldı
- Bakıda külək zəifləyir - Faktiki hava