Almaniya kansleri Olaf Şolts ölkəsinin müharibəyə sürüklənə biləcəyindən ehtiyatlanaraq Ukraynaya “Taurus” uzaqmənzilli raketlərin verilməsinə qarşı çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
“Bəzi insanlar gördüyümüz işlərin müharibədə hər hansı formada iştiraka gətirib çıxaracağını düşünmürlər. Məni təəccübləndirir ki, hətta bəzilərini bu narahat belə etmir.
“Taurus”la bağlı debatlar Ukraynaya həqiqətən lazım olan şeylərdən fikirləri yayındırır. Ukraynada çatışmayan döyüş sursatlarıdır. Məhz bu ləvazimat (Taurus – red.) deyil”, - deyə agentlik kanslerin sözlərindən sitat gətirib.
Qeyd edək ki, “Taurus” raketləri 500 km-dən çox uzaqlıqdakı hədəflərə çata bilir. Müqayisə üçün bildirək ki, Ukrayna sərhədindən Rusiya paytaxtına 450 km-dir.
“Taurus”un xüsusi üstünlüklərindən biri də olduqca aşağı hündürlükdə - 50 metr məsafədə uçmasıdır və bu da onun radarlar tərəfindən aşkarlanmasını mümkünsüz edir.
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
- Bu komissiyada TƏBİB-i Anar Bayramov təmsil etməyəcək
- Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
- TƏBİB-in İcraçı direktoru bu komissiyadan çıxarıldı
- Bakıda külək zəifləyir - Faktiki hava
- Bakıda güclü külək: 48 ağac aşdı
- “Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
- 5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq