Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, idarə əməkdaşları tərəfindən paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib.
Tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
- Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
- TƏBİB-in İcraçı direktoru bu komissiyadan çıxarıldı
- Bakıda külək zəifləyir - Faktiki hava
- Bakıda güclü külək: 48 ağac aşdı
- “Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
- 5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq
- Sükan arxasında ürəyi tutdu, qəza törətdi: ölən var
- Elxan Səmədovun diqqətçəkən dosyesi - MCİPS-in peşəkar üzvü, “Əsrin müqaviləsi”, ölkə çempionu…