Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkənin vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səud ilə görüşüb və onunla Sülh Formulasını müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
"Səudiyyə Ərəbistanı rəhbərliyi ədalətli həll yolları tapmağa kömək edə bilər. Biz qlobal sabitliyin təmin olunmasında eyni dərəcədə maraqlıyıq”, - Zelenski bildirib.
Qeyd edilir ki, tərəflər dünyada mövcud vəziyyət və Ukraynada müharibəyə son qoymağın mümkün yolları barədə fikir mübadiləsi aparıblar.
- 40 il döyəclədiyi qapılar bir gecədə açıldı... - Fotolar
- Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?
- Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib
- Bakının bu ərazilərində işıq olmayacaq
- Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu
- Mayda çökən körpünün yerində yenisi tikildi - Video
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi