“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur.
BUTA.TV xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir.
Xatırladaq ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
- Ermənilərin azərbaycanlılara qarşı cinayətləri...
- Maaşlar 9,5%artdı: Pensiyalar nə qədər artırılacaq?
- Bakıda Azərbaycan-Gürcüstan Media Forumu başladı
- Bakıda mühüm konfrans keçirilir
- Nazirlik bu universiteti cərimələdi
- Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova