Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol qəzasında həlak olub.
BUTA.TV Report-a məlumatına görə, əslən İmişli rayonunun Xələfli kəndindən olan 1990-ci il təvəllüdlü Hacıyev Feyzulla Hacı oğlu və onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Muradova Nəcibə Murad qızı Rusiyanın Ulyanov əyalətinin Dmitrovqrad rayonunda yol qəzasına düşüb.
Məlumata görə, hadisəyə səbəb Feyzulla Hacıyevin idarə etdiyi "Lada Largus" markalı avtomobilin idarəetmədən çıxması olub. Belə ki, qarşı zolağa çıxan "Lada Largus" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı yük avtomobili ilə toqquşub.
Onların nəşinin Azərbaycana göndərilərək dəfn ediləcəyi bildirilir.
- Bakıda mühüm konfrans keçirilir
- Nazirlik bu universiteti cərimələdi
- Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...