Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanacaq

09:26 - 1 Mart 2024 - GÜNDƏM

 Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanacaq

Rusiyanın “IrAero” aviaşirkəti aprelin 2-dən Omsk-Bakı reysinə başlayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Omsk hava limanının mətbuat xidmətindən məlumat verilib.

“IrAero” aviaşirkəti Omsk-Bakı reysinə biletlərin satışına başlayıb. Azərbaycanın paytaxtına ilk uçuş aprelin 2-də həyata keçiriləcək.

Qeyd edilib ki, bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib.

Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətə yola düşəcək.

Səyahət vaxtı üç saat yarımdır”, - məlumatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol