İranda keçirilən parlament seçkilərində seçici fəallığı rekord səviyyədə aşağı olub.
BUTA.TV xəbər verir ki, Rusiya mediası İran Dövlət Seçki Mərkəzinin məlumatlarına əsasən Tehranda seçici fəallığının cəmi 23,5%, ölkə üzrə isə təxminən 38% ola biləcəyini yazıb.
Belə ki, səsvermə hüququ olan 61 milyon İran vətəndaşından cəmi 25 milyonu seçkiyə gedib.
Qeyd edək ki, ötən gün baş tutan parlament və Ekspertlər Məclisinə seçkilərdə səsvermə müddəti 18:00-dan gecə yarısına qədər – 6 saat uzadılsa da, seçici aktivliyini artırmaq mümkün olmayıb.
Xatırladaq ki, İranda seçkiləri boykot etmək üçün çoxsaylı müraciətlər yayılmışdı. Hakimiyyət isə seçici fəallığı ilə “düşmənlərə” cavab veriləcəyini bildirirdi.
Azərbaycanlı milli fəallar da yalnız bir neçə şəhərdə başqa etnik qrupun nümayəndəsinin deputat olmasının qarşısını almaq üçün seçkilərə gedilməsi, digər ərazilərdə isə tam boykot olunmasını istəmişdilər.
- Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?
- Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib
- Bakının bu ərazilərində işıq olmayacaq
- Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu
- Mayda çökən körpünün yerində yenisi tikildi - Video
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi
- Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama