Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalya Diplomatiya Forumunda müzakirələr zamanı belə bir cümlə işlədib: “İrəvan və Bakı arasında sülh AB missiyasını Ermənistandan çıxarmağa imkan verəcək”. Yəni AB təmsilçisi demək istəyib ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunarsa, AB-nin “müşahidə missiyası”nın Ermənistanda qalmasına ehtiyac olmayacaq. Ancaq bu cümlədən aydın deyil ki, sülh dedikdə, konkret nə nəzərdə tutulub?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Məsələn, iki ölkə arasında çərçivə sazişi imzalanarsa, AB missiyası Ermənistan-Azərbaycan şərti sərhəddindən çıxarılacaqmı?
Fikrimcə, İrəvan və Brüssel çərçivə sazişinin imzalanmasından sonra da missiyanın fəaliyyətinin davamında maraqlıdırlar. Çünki məlum “missiya”nın gizli məqsədi Ermənistan ərazisində Rusiya hərbi qüvvələri ilə rəqabəti davam etdirməkdir. Ancaq o da aydındır ki, Toivo Klaar həmin missiyasının iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrildiyinin fərqindədir və buna görə avropalı “müşahidəçilər”in bir müddət sonra bölgəni tərk edəcəyinə eyham vurub. Görəsən, Klaarın bu mövzuda hazırlayacağı hesabatı Brüssel və Paris nəzərə alacaqlarmı?” – politoloq əlavə edib.
- Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?
- Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib
- Bakının bu ərazilərində işıq olmayacaq
- Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu
- Mayda çökən körpünün yerində yenisi tikildi - Video
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi
- Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama