Almaniya rəsmilərin alman hərbçilər arasında söhbətin qeydə alınması ilə bağlı şərh verməməsi ölkədə vahid hökumətin olmadığını göstərir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yazıb.
"Təəccüblüdür? Heç də yox. Bu nə deməkdir? - Almaniyada vahid hökumətin olmaması. Elita, hakimiyyət və xalqın bir-biri qarşısında nə məsuliyyəti var, nə də əlaqəsi. Bu, demokratiyanın yoxluğunun birbaşa sübutudur", - Zaxarova vurğulayıb.
Onun fikrincə, bu həm də onu göstərir ki, Almaniyada medianın mövcudluğunun yeganə səbəbi xalq demokratiyası illüziyasını saxlamaqdır.
Qeyd edək ki, yayılan səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar.
Almaniya kansleri Olaf Şolts bu səs yazısını “çox intensiv, diqqətlə və tez araşdırılan ciddi bir məsələ” adlandırıb.
Alman müdafiə ekspertləri isə təhlükəsiz olmayan kommunikasiya xətləri üzərindən həssas mövzuların necə müzakirə edildiyindən çaşqınlıqlarını ifadə ediblər.
- Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?
- Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib
- Bakının bu ərazilərində işıq olmayacaq
- Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu
- Mayda çökən körpünün yerində yenisi tikildi - Video
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi
- Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama