Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Antalyada danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesini, Qara dəniz regionu və Suriyadakı vəziyyəti müzakirə etdiyini bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə Hakan Fidan 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
“Gündəlikdə bir çox məsələlər var: ikitərəfli əməkdaşlıqla yanaşı, regional problemləri də müzakirə etdik. Qafqazda sülh prosesini, Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı həyata keçirilən prosesləri müzakirə etdik. Suriya ilə bağlı məsələ daha çox vaxt tələb edir, lakin biz bu mövzunu da müzakirə edə bildik, bu mövzuya daha çox vaxt ayırmağa razılaşdıq”, - o bildirib.
Qeyd edək ki, Fidanla Lavrov 1 martda Antalyada görüşmüşdü.
- Bakının bu ərazilərində işıq olmayacaq
- Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu
- Mayda çökən körpünün yerində yenisi tikildi - Video
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi
- Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama
- Bakıda Sevil Əliyeva ilə görüşdü - “Ana” mahnısını oxudu+Video
- Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama