Hizbullah liderinin nəvəsi öldürüldü

23:12 - 3 Mart 2024 - GÜNDƏM

 Hizbullah liderinin nəvəsi öldürüldü

Martın 2-də İsrail ordusunun Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində radikal şiə Hizbullah hərəkatının 6 yaraqlısı məhv edilib.

BUTA.TV xəbər verir ki, onların arasında təşkilatın lideri Nəsrullahın nəvəsi Abbas Əhməd Xəlil də var.

Yanvarın 8-də İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində "Hizbullah"ın yüksək rütbəli komandiri Visam əl-Tavil də öldürülüb. O, Nəsrullahın qaynı idi.

Bundan əlavə, yanvarın 24-də ABŞ-ın İraqda 3 hədəfə endirdiyi aviazərbələr nəticəsində məhv edilənlərdən biri də Nəsrullahın kürəkəni olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol