Xankəndi-Bakı ultramarafonu başa çatdı

15:26 - 4 Mart 2024 - GÜNDƏM

 Xankəndi-Bakı ultramarafonu başa çatdı

“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən Xankəndi-Bakı ultramarafonu başa çatıb.

BUTA.TV xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər.

Artyom Əliyev bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. O, həmçinin ümumi mərhələnin qalibi olub. Yadigar Hüseynov ikinci yeri tutub.

Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimli ilə bağlı qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol