Seçkilərdə seçici fəallığı aşağı olub, xalq səsvermədə aktiv olmayıb və bu, hakimiyyət üçün ağır məğlubiyyətdir.
BUTA.TV xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad sosial media hesabında 12-ci çağırış parlament seçkiləri haqqında fikirlərini bildirərkən yazıb.
“Birisi qalxıb deyir ki, böyük qələbədir. Hansı qələbədən danışırsan? Xalqın kənarda qaldığı prosesdə qələbədən danışmaq olmaz. Bu, mahiyyətcə məğlubiyyət idi”, - Əhmədinejad qeyd edib.
Qeyd edək ki, İranın dini lideri Əli Xamenei seçkilərdə 41 faiz seçicinin iştirak etdiyini iddia edərək, bunu “əfsanəvi qələbə” adlandırıb.
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi
- Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
- Bakıda arvadını öldürən kişiyə ağır cəza...
- "Amay"ın qarşısında kişinin başına daş düşdü