Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Əkrəm Serimlə regional normallaşma proseslərini müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Nazir müavinimiz Yasin Əkrəm Serim Azərbaycana səfəri çərçivəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.
Görüşdə qardaşlıq münasibətlərimiz və regional normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunub.
- Nazirlik bu universiteti cərimələdi
- Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama