Bu ölkə lideri Kiyevə ildırımsürətli səfər edəcək

21:52 - 6 Mart 2024 - GÜNDƏM

 Bu ölkə lideri Kiyevə ildırımsürətli səfər edəcək

Argentinanın yeni prezidenti Xavyer Miley Ukraynaya səfər edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Argentinanın “Infobae” nəşri yazıb.

"Xavyer Miley Rusiya qoşunlarının Ukraynaya doğru irəlilədiyi, Avropa və ABŞ-da ictimai rəyin müəyyən yorğunluq nümayiş etdirdiyi bir vaxtda Vladimir Zelenskiyə dəstəyini bir daha təsdiqləmək üçün Kiyevə ildırımsürətli səfərini planlaşdırır", - nəşr vurğulayıb.

Qeyd olunub ki, Ukraynaya səfər Argentina prezidentinin böyük Avropa turnesinin bir hissəsi olacaq. Əvvəlcə Miley İspaniyaya, Almaniyaya və ola bilsin ki, Fransaya səfər edəcək və yalnız bundan sonra Kiyevdə dayanacaq. İyunun 21-dən gec olmayaraq Ukraynada olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol