Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyidlər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sabiq nümayəndəsi İntizam Məmmədov və baş mühasibi Bənövşə Əhmədovanın cinayət işi məhkəməyə göndərilib.
Bu barədə BUTA.TV-a Zərdab Rayon Prokurorluğundan məlumat verilib.
İstintaqla İntizam Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2018-2021-ci illər ərzində nümayəndəliyin baş mühasibi Bənövşə Əhmədova ilə qabaqcadan əlbir olub və ona etibar edilmiş xeyli miqdarda dövlət əmlakını mənimsəməkdə şübhəli bilinib.
Onlar Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
- Nazirlik bu universiteti cərimələdi
- Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama