Husilər yük gəmisinə hücum etdi: ölənlər var

22:34 - 6 Mart 2024 - GÜNDƏM

 Husilər yük gəmisinə hücum etdi: ölənlər var

Yəmən sahillərində, Ədən körfəzində husilər Barbados bayrağı altında üzən "True Confidence" yük gəmisinə hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sənadakı səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində gəmi heyətindən iki nəfər həlak olub.

"Ənsarullah" hərəkatı Ədən körfəzində yük gəmisinə hücum etdiklərini təsdiqləyiblər. Belə ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya zərbələr nəticəsində gəmidə yanğın başladığını bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol