Vaşinqton İraqda, Yuqoslaviyada və bir sıra başqa hallarda BMT Təhlükəsizlik Şurasından yan keçərək “cini” şüşədən buraxdı.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının iştirakçıları ilə söhbətində deyib.
“Məsələn, İraqdakı hadisələr… Orada hər şey BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan edildi. Həmçinin Suriyada, keçmiş Yuqoslaviyada. Səbəbləri indi danışmayacağam, amma BMT Təhlükəsizlik Şurasının heç bir qərarı yox idi. Lakin ABŞ özü bu cini şüşədən buraxıb”, - Putin bildirib.
O qeyd edib ki, ABŞ elitaları SSRİ-nin dağılmasından sonra yeganə fövqəldövlət olmaq məsuliyyətinin öhdəsindən gələ bilməyib.
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi
- Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
- Bakıda arvadını öldürən kişiyə ağır cəza...
- "Amay"ın qarşısında kişinin başına daş düşdü
- İranın bu kanalının Azərbaycandakı fəaliyyəti qanunsuzdur!