Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, ona Avropa Parlamentindən təzyiqlər edilir, sabiq prezident Mixail Saakaşvilinin əfv olunmasını istəyirlər.
BUTA.TV xəbər verir ki, bu barədə Zurabişvili gürcü və xarici KİV nümayəndələrinə müsahibəsində danışıb.
“Avropa Parlamentindən və müxtəlif yerlərdən təkliflər və təzyiqlər var. Onlara dedim ki, heç bir təzyiq altında qərar verməyəcəm. Mən həm daxildən, həm də kənardan təzyiqləri nəzərdə tuturam”, - o vurğulayıb.
Qeyd edək ki, Avropa Parlamenti dəfələrlə Zurabişvilini Saakaşvilini əfv etməyə çağıran qətnamələr qəbul edib.
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi
- Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
- Bakıda arvadını öldürən kişiyə ağır cəza...
- "Amay"ın qarşısında kişinin başına daş düşdü