Salyanda xidməti vəzifəsini yerinə yetirərkən avtomobil ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını vuran şəxsin kimliyi müəyyən olub.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.

Hadisə nəticəsində 44 BU 065 dövlət qeydiyyat nişanlı "Mersedes-Benz Atego" markalı avtomobili idarə edən Hikmət Hüseynov Salyan rayonu istiqamətində hərəkətdə olarkən iki nəfər piyadanı vurub. Piyadaların biri hadisə yerində həyatını itirib, digəri xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.