Gürcüstanda yol qəzasında azərbaycanlı gənc ölüb.

BUTA.TV Unikal.az-a istinadla xəbər verir ki, hadisə ötən gün Marneuli bələdiyyəsinin Tsop kəndində ərzisində baş verib.

İki avtomobilin toqquşması nəticəsində Rasim adlı gənc həyatını itirib, 4 nəfər isə yaralanıb.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb.