Dövlət Sərhəd Xidmətinin əsgəri Ramin Cəbrayılov ölüb.

BUTA.TV Unikal.az-a istinadla xəbər verir ki, bu barədə əsgərin yaxınları sosial şəbəkədə paylaşım edib.

Mərhum iyul ayında hərbi xidmətdən tərxis olacaqdı.

Qeyd edək ki, R.Cəbrayılov Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib.