Oman sahillərində tanker yandı: itkilər var - Video
Oman sahillərində tankerdə yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə itkin düşüb.
Bölgəyə təcili yardım cəlb olunub və ekipajın təxliyəsi istiqamətində işlər aparılır.