8 gün əvvəl 3 yaşlı oğlu öldü, bu gün özü...
İyunun 11-də Culfa şəhərdəki 5 mərtəbəli yaşayış binasında baş verən yanğında xəsarət alan 22 yaşlı Fidan Zeynalova ölüb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, o, bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, yanğın nəticəsində onun 3 yaşlı oğlu Emil Zeynalov da ölüb.